Paşinyan ermənilərə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bəyan edib ki, Dağlıq Qarabağdan irəvana köçən 3000-dən çox insan artıq Ermənistanı tərk edib. "Bu mövzuda nəticə çıxarmaq istəmirəm, bəlkə də əksəriyyəti qohumlarının yanına getdi, vaxt keçirdi" deyib. Baş nazir Dağlıq Qarabağdan İrəvana üz tutanları Ermənistanda qalmağa çağırıb. Onun sözlərinə görə, hökumət onları dəstəkləmək üçün hər şeyi edir.
Lakin açıq-aşkar görünür ki, son bir ay ərzində özünü ikinci Zelenski kimi təqdim etdirmək üçün qərbdəki dairələrin əmrinə girən N.Paşinyan, bu siyasətlə Ermənistanı fəlakətə sürükləyir. Çünki qərbin müti nökərinə çevrilmək Ermənistana ancaq qanlı-qadalı laborotoriya vəd edə bilər, başqa heç nə. Əslində yerli erməni əhalisi baş nazirin xaotik və təhlükəli siyasətinin qurbanı olmamaq üçün mühacirət yolunu tutublar. Son vaxtlar açıq şəkildə Rusiya əleyhinə gedişlər edən erməni baş nazir, anti-Rusiya siyasəti üçün deyəsən Qərbin növbəti qanlı laborotoriyası kimi Ermənistanı güdaza verməyə hazırlaşır. Məlumdur ki, erməni əhalisi Ukraynadakı qanlı nəticələrdən qorxaraq sosial gərginlik içində çapalayan Ermənistanı daha tez tərk etmək istəyirlər. N.Paşinyanla Ermənistanın daha ağır günlər keçirəcəyinə əmin olduqları üçün...
Mətləb Salahov