Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi başlayıb. İş üzrə zərərçəkmiş qismində ifadə verən Bayram Hacıyev bildirib ki, "Vaqif Xaçatryanın dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib".
Zərərçəkmiş deyib ki həmin hadisələr zamanı gənc olduğunu bildirib: "O vaxt mən cavan idim və onun haqqında çox eşitmişəm. Vaqifin dəstəsi Meşəli soyqırımında başımıza çox müsibətlər gətirib. Ağsaqqallar bildirdilər ki, insanları diri-diri yandırırdılar. Badara kəndində mən başqa Vaqif adında şəxs eşitməmişəm. Arais, Ernes və Vaqifin dəstəsi bütün kəndə qan uddurdu".
Mətləb