Bazar günü günü, 16 avqust 2026
     

Nənəm, Zəngilan, Prezident və əli üzündə qalan mələk...

Image


Bəy qızı olan nənəm kürsü üzərində tikilən ikimərtəbəli rayon evindən yataqxananın birotaqlı zirzəmisinə yıxılanda bir də onda özünə gəldi ki, əmim döyüşlərdə başından ağır yaralanıb, Arazdan İrana qaçıb qurtulmaq istəyərkən ərinin motaskletində qəzaya düşən böyük bibim 19 il əlil arabasında yaşayandan sonra ölüb, babam nisgilin qoynunda əbədi torpağın altına girib.

Nənəm onda ayıldı ki, ölüm onu aparmağa gəlmişdi. Hökumətin ayırdığı Masazırdakı binanın 3 otaqlı evində nəinki tək-tənha yaşayırdı, həm də qonaq qarşılayıb, qonaq yola salacaq əzmdə, gücdə, başarışıqda idi.

Bolşeviklərin qolçomaq damğasına tuş gələn ailənin ən kiçik qızı olasan, ata SSRİ müharibəsində itkin düşə, gələcək ər Leninqradın mühasirəsi zamanı don vurmuş əl və ayaq barmaqlarının hər birini itirə, doğulduğun, böyüdüyün yurdundan 20 nəfərlik ailə üzvlərinlə birgə qaçqın düşəsən, 3 uşağı olan şikəst qızına19 il zirzəmi şəraitində əl olasan, ayaq olasan, baş olasan və 83 yaşına gəlib çatasan, dözəsən, ürəyin partlamaya, ölməyəsən. Yaşayasan, yaşayasan, son gününə qədər çökməyəsən. Hələ üstəlik, nəvəni hər görəndə soruşasan: “Sənin adına saxladığım ala dananın səsini eşidirsən”. Əlbəttə “yox” cavabına məhəl qoymadan, “mən çox aydın eşidirəm, çıxanda qaça-qaça düşdük, suyunu verə bilmədim, yazıq mouladaya-mouldaya qalıb”.

Qorxmuşdum, elə bilmişdim arvad havalanıb. “Ala dana” söhbətini nə vaxt eşidirdim, Salamın “başıma gələn havadır, sümüyümə düşən hava” misrasını xatırlayırdım. Oğrun-oğrun güdürdüm ki, nənəm də əl qaldırıb otaqdan otağa süzəcək. Dərd adamı qanadlandırır axı.

Olmadı, anormal hadisələrin heç biri baş vermədi, təkcə bu arvadın hələ də yaşamasından başqa. Normal deyildi.

Nədir bu bədbəxtlər bədbəxti qadını həyatda saxlayan? Elə bilirsiz soruşmadım, lap həyasızcasına soruşdum. Sualımdan özüm də diksndim. Onun sözlərimi sakit qarşılamasına tab gətirə bilməyib, şah damarları Zəngilan yollarına, kapilyarları o yolların kənarlarındakı çinarlara bənzəyən əllərini qucaqlayıb kişi kimi ağladım. Nəvəsi kişi yaşına çatan nənə, hətta dərdin bir ucunu ürəyinə, bir ucunu beyninə çalayaraq 5 yaşınadan – 78 ildir hisslərin cəryanını bütün nöqtələrinə keçirə-keçirə yaşayan nənə hələ sağdırsa, burada dünyanın səkkizinci möcüzəsinin tuşlandığı sirr var.

- Ölə bilmirsən? – qəfil verdim bu sualı

- Hardan bildin? – tövrünü pozmadan soruşdu

- Ala dananın səni axtara-axtara qalmasından – kinayə ilə demədim.

- Axırı ki, sən də səsini eşitdin… – sevinclə dilləndi

Ona yalan danışdım. Eşitdiyimi dedim. Niyə ölə bilmədiyinin səbəbi məlum olurdu: 91-ci ilin yay tətilinin sonunda Bakıya geri dönəndə ciddi-ciddi “ver danamı da özümlə aparım” demişdim. Nənəm heyvanın heç olmasa iki il böyüməsinin vacib olduğunu bildirmişdi.

Masazırdakı Zəngilan söhbətimizin nidasını özü qoydu:

-… Ölmək olmaz. Gedəcəm, qayıdacağıq. Yox, havalanmamışam. Bütün dərdlərimin mələrtisini ala dananın moultusu batırıb həmişə. O səs məni ölməyə qoymur. Nənələr nəvələrinə borclu qalanda ölüm utandığından ölüb yerə girir, bala.

Nənəm gecələr yatmağa qorxardı ki, birdən durmaz, Zəngilan yox, Mehdiabad qəbiristanlığında dəfn olunar. Yenə Salam: “Tutdum yıxılmağa qorxduğum yerdən”. Yer aralandı, mələk arvadı götürüb apardı. Mələyə bax, Zəngilanın qayıdacağına inanmadı. Mələyə bax, nənəmə uduzdu. Nənəm geri dönəcəyinə əmin idi. Bir xəbəri buraxmazdı. Deyirdi: “Bala, əgər bir məmləkətin padşahnın sözünün əvvəli də Qarabağ, ortası, sonu da Qarabağdırsa kainat bu mesajı özümüzə qaytaracaq. Bircə ölüm ermənilik etməyə…

Etdi. Ölüm oluma uduzdu. Mələklərin əli üzündə qaldı. 20 oktyabr 2020-ci il. Mehdiabad qəbiristanlığındakı Səttarova Simuzərlə, Səttarov Əlinin bir baş daşına bağlı qoşa qəbrindən ətrafa nur səpilir. Nənəm başında örpək, əynində həyət yaxalığı, ayağında qaloş, əlində tut ağacının şivi qarşısına ala dananı salıb tələsə-tələsə doqqaza yaxınlaşır. Məni görüb verəcəyim sualı gözlərimdən oxuyur:

- Hə, tələsirəm ay bala, Prezident rayona gəlib, raykomun qarşısında camaatla görüşür. Gedib boynunu qucaqlayıb əllərindən öpəcəm. Deyəcəm ki, böyük insan, sən mələkdən güclü çıxdın. Məni nəvəmin xəcalətindən qurtardın. Bu gündə ora gedə bilmərəm. Təşər paltarım var, özüm tikmişdim, rəngi al olduğuna görə “qaçqına qırmızı yaraşmaz” deyib heç geyinmədim.

- Təzə ayaqqabın var? – qaloşa işarə ilə dedim.

- Var, var. Qaçqınlıqda əminin toyu oldu, bircə dəfə ora geyindim, heç ürəyimcə olmadı, ayağımı bərbad günə qoydu, neçə gün axsadım – cavabını verdi.

Nə axsamaq, bəstəboy arvad uça-uça raykoma doğru sürət götürmüşdü. Qırmızı paltarda, qara ayaqqabıda, ağ örpəkdə bəstəboy qadın. Prezident bu cazibəyə özü yaxınlaşdı. Nənəmin onun əlindən öpməsinə imkan verməyibƏ özü arvadın başından öpdü.

Bu da Azərbaycan Prezidentinin növbəti möcüzə davarnışı. Nənəmin təşəkküründən öncə özü arvada minnətdarlıq edərək dedi:

- O dünyada belə, Zəngilann işğaldan azad ediləcəyinə inandığınıza, o günü gözlədiyinizə görə Azərbaycan analarının simasında Sizin sevginizə əhsən

Simuzər arvad çöhrəsində təbəssüm, gözlərindən gildir-gildir yaş axıdırdı.

Ceyhun Musaoğlu

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - böyük yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ