Hindistanın qərbində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, 23 nəfər yaralanıb. Bu barədə PTI məlumat yayıb. Hadisə bazar günü yerli vaxtla saat 00:30 radələrində (Bakı vaxtı ilə şənbə 23:00) Mumbaydan 350 km şərqdə, Çhatrapati Sambhajinaqar rayonunda baş verib.
Qeyd olunub ki, 35 sərnişini olan mikroavtobusun sürücüsü magistral yolda idarəetməni itirib, nəticədə avtomobil yol kənarında dayanan zibil konteynerinə çırpılıb.
Mətləb