Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycanın yaxın həftələrdə guya Ermənistanın cənub bölgələrinə hücum edəcəyi barədəki fikirlərinə münasibət bildirib. A.Quliyev yazır: “Amerikanın Dövlət katibi Entoni Blinkendə bu məlumat və ya ehtimal haradandır? "Azərbaycan yaxın həftələrdə Ermənistanın cənub bölgələrinə hücum edə bilər, hadisələrin bu cür inkişaf edə biləcəyini diqqətdə saxlayırıq"- Bir qrup konqresmenlə söhbətində Blinkenin belə dediyi bildirilir. Həqiqətən deyilibsə, çox ciddi reaksiya tələb edən bəyanatdır...”
Mətləb