Qərb qurumları artıq Rusiya Prezidenti Vladimir Putinlə “körpüləri” tamamilə yandırmaq yolu seçiblər. Ən azından Avropa Şurası Parlament Assambleyasının son bəyanatından bunu görmək mümkündür. Qurum bəyanat yayaraq, Avropa ölkələrini Rusiya prezidenti Vladimir Putinin 2024-cü il seçkilərindən sonra hakimiyyətdə qalacağı təqdirdə onun hakimiyyətini qeyri-legitim hesab etməyə çağırıb.
Bəyanatın ən diqqətiçəkən hissəsində deyilir: “Putinin yenidən seçiləcəyi halda Avropanın humanitar əlaqələr istisna olmaqla, Rusiya ilə bütün münasibətlər dayandırmalıdır”. AŞPA həmçinin, Putinin 2000-ci ildən bəri Rusiyada prezident və ya baş nazir kimi hakimiyyəti saxladığını vurğulayıb. Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu məsələ barədə fikirlərini paylaşıb. Politoloq yazır: “AŞPA Putin haqqında çox maraqlı çağırış edib. Üzv ölkələrə müraciət edilib ki, 2024- cü ildə Putinin prezidentlik müddəti bitən kimi qeyri- legitim tanınsın və onunla bütün əlaqələr kəsilsin. Kremlin hələlik reaksiyası yoxdur...”
Mətləb