Deyəsən Nikol Paşinyanın qərbdəki havadarları öz çirkin oyunları üçün kisənin ağzını daha geniş açmağa qərar veriblər. Xankəndidəki separatçı xunta rejiminin məhv olmasından sonra deyə-gülə, könüllü olara kameralar qarşısından keçib İrəvana gedən erməni sakinləri zorla dünya ictimaiyyətinə "məcburi köçkün" kimi təqdim edən Ermənistan və onun havadarları indi də onlara dollar paylayırlar. İnterfaks agentliyi yazır ki, Ermənistan hökuməti Xankəndini tərk edib İrəvana üz tutan erməniləri "dəstəkləmək" üçün 100 milyon dollara yaxın vəsait ayırıb. "Bu vəsaitlərin bir hissəsi artıq alıcılara çatıb, digər hissəsi yaxın aylarda müxtəlif proqramlar çərçivəsində gələcək" - məlumatda belə deyilir. Hökumətin iclasında Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan bildirib ki, Xankəndidən olan ermənilər artıq 100 min dram (təxminən 250 dollar) məbləğində birdəfəlik yardım alıblar. Sözsüz ki, 100 milyon dollarlar dilənçi N.Paşinyana Avropa İttifaqından, Fransadakı mənbələrdən daxil olur. Öz murdar siyasətləri üçün kisənin ağzını geniş açıblar...
Mətləb Salahov