Xalq artisti Flora Kərimova ilə Erna Rohlandtian adlı erməni qadın arasında sosial şəbəkədə mübahisə yaşanıb. Erməni qadın paylaşımında F.Kərimovanın sosial şəbəkədə yazdıqlarını yayımlayıb. F. Kərimovanın şəklini qoyan erməni qadın, Azərbaycanın Qarabağ bölgəsindən yazaraq, xoşagəlməz ifadələr işlədib:
"Azərbaycanda məşhur müğənni Flora Kərimova səhərdən axşama kimi yazır ki, "arstax" onlara məxsusdur. Bağışlayın, "artsax" necə "monqollara" məxsus ola bilər?".
F.Kərimovanın cavabı isə gecikməyib. O, "Erna "can" düzdür, sizin kimi monqollara... Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb. Çünki Qarabağ Azərbaycandır və nida" deyə, cavabında yazıb.
Mətləb