Bu gün görkəmli alim, Azərbaycanda ilk qadın şərqşünas elmlər doktoru, professor Aida İmanquliyevanın anadan olmasından 84 il ötür. Qısa, lakin mənalı ömür sürmüş Aida xanım bu gün də şərqşünas-alim, istedadlı pedaqoq, incə qəlbə malik insan, fədakar ana olaraq xatırlanır. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki Sovet İttifaqında, digər ölkələrdə də bir alim olaraq nüfuz gətirib. Görkəmli şərqşünas alim Aida İmanquliyeva ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb.
Mətləb Salahov