Əli hər yerdən üzülən ermənilər hazırda var gücləri ilə Xankəndini könüllü olaraq, deyə-gülə tərk edən erməni sakinlərin üzərindən “qaçqın oyunu” oynamağa başlayıblar. Separatçıların tutularaq ədalət məhkəməsinə təslim edilməsindən sonra əllərindəki yeganı “kartı” oynamaq üçün Nikol Paşinyan qarışıq bütün xırda-iri buynuzlu erməni ideoloqları sıraya düzülüblər. Onları və onların arxasında duranları yandırıb-yaxan odur ki, Azərbaycan olduqca dəqiq hədəfli anti-terror tədbirləri həyata keçirdi, on illərdir Xankəndidə oturub Azərbaycana meydan oxuyan, terror və şantaj həyata keçirən xunta rejimini 24 saatın içərisində məhv etdi, terrorçubaşılarını ədalət məhkəməsinə gətirdi. Onlar bunu yatdıqları yuxularda da gözləmirdilər. Amma qüdrətli Azərbaycan dövləti buna da nail oldu.
Artıq Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq. Belə olan vəziyyətdə həm Ermənistanın, həm də qərbdəki havadarlarının, xüsusilə Emmanuel Makron kimilərinin əlindəki son oynalılacaq oyun, Xankəndidən gedən sadə ermənilərdir. İkiüzlü Avropa siyasətçiləri də artıq bir-bir sıraya düzülüblər.
İndi də siyasi şounu BMT Məhkəməsində davam etdirirlər. Erməni mediası yazır ki, BMT-nin Beynəlxalq Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasına baxacaq. Bu barədə BMT Beynəlxalq Məhkəməsinin saytında məlumat verilib. Ermənistan BMT-nin Beynəlxalq Məhkəməsinə Azərbaycana qarşı lazımı tədbirlərin tətbiq olunmasını xahiş edib. Məlumatda yazılır: “Ermənistan Respublikası Nizamnamənin 41-ci maddəsinə və Məhkəmə Reqlamentinin 73-cü maddəsinə istinad edərək məhkəməyə "irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyada təsbit edilmiş hüquqlara riayət edilməsi və qorunması üçün"aralıq tədbirlərin tətbiqi barədə sorğu göndərib. Ermənistan məhkəmədən 7 dekabr 2021-ci il və 22 fevral 2023-cü il tarixlərində verilmiş qərarlara uyğun olaraq Aralıq tədbirlər tətbiq etməyi və Azərbaycanın öhdəliklərini təsdiqləməyi xahiş edir.”
Bunlar o qədər primitiv, gülünc maddələrə sarılıblar ki... Bu bədbəxtlərin sarıldıqları bilirsiniz nədir? Azərbaycan çıxıb getmək istəyənlərə maniəsiz şərait yaratsın, gedib sonradan geri qayıdanlara öz evlərinə qayıtmaq imkanı versin, Qarabağdakı erməni abidələrinə, dini yerlərə toxunulmasın və sairə. Belə yerdə bunlara xatırlatmaq yerinə düşür ki, silah gücünə, başını- bədənini kəsib öz yurdlarından qovduğunuz 1 milyon azərbaycanlı üçün niyə bu tələblər BMT-də səsləndirilmirdi?.
Bunların ən çox diqqət yetirdikləri də 9-cu maddə ilə bağlıdır. Orada qeyd olunur ki, “Azərbaycan Dağlıq Qarabağ “hakimiyyəti” tərəfindən yaradılmış Vətəndaşlıq Vəziyyəti Aktlarının qeydlərini, şəxsiyyətini təsdiq edən sənədləri, mülkiyyət hüquqlarını və registrlərini tanıyır və tətbiq edir, belə reyestr və sənədləri məhv etmir və müsadirə etmir.” əvvəla Azərbaycan öz ərazisində qeyri-qanuni xunta rejiminin əli ilə “qanuniləşdirilmiş” heç bir sənədi qanuni hesab edə bilməz və buna heç vaxt imkan verməz. Çünki beynəlxalq subyekt kimi qəbul edilməyən hansısa separatçı cinayətkar qruplaşmanın “qəbul etdiyi qərarlar” heç bir hüquqi qüvvəyə malik deyil. Bunların bu məsələdəki əsas istəkləri də sadə ermənilərin əmlakları iilə bağlı deyil. Bunların əsas narahatçılığı İrəvandakı iri maqnatların, varlı biznesmenlərin bu ərazilərdəki mülklərini, villa və digər əmlaklarını xilas etsin. BMT Məhkəməsinə baş vurmaları həm də birbşa bununla bağlıdır.
Sonrası da bu kütbeyinlər anlamırlar ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsiz və sağlam yaşaması üçün bütün şəraiti yaradacağını ilk gündən bəyan edib. Xankəndində yaşamış bütün erməni sakinlər Azərbaycan vətəndaşlarıdır. Belə olan halda BMT Məhkəməsinə nə ehtiyac?. Bunu bütün Ermənistan əla bilir ki, Azərbaycan dövləti bütün erməni sakinlərinin yaşayışına, hüquqlarına zəmanət verir, onların firavan yaşayışı üçün bütün imkanları həyata keçirəcəyini bəyan edir. Burası belədir. Hə, onların bu məsələdə əsas məqsədləri başqadır. Onlar bu “qaçqın” şousundan çoxlu milyonlar qazanmaq, həmişəki kimi “zülmə məruz qalan” tərəf kimi özlərini gözə soxmağa, varlı erməni maqnatlarının Qarabağdakı mülklərini geri qaytarmaq, xilas etmək və məhz BMT Məhkəməsinin qərarı ilə erməni sakinlərin Qarabağa qayıtmasına nail olmaq istəyirlər. Qarınlarının sancısı budur...
Mətləb Salahov