Xankəndidəki separatçı quldur xunta rejimi süquta uğradılandan sonra indi də erməni mediası “qaçqın şousu” üzərində “baş sındırır”. Erməni mediası könüllü olaraq Qarabağdan irəvana köçənləri “qaçqın” kimi gözə soxub Azərbaycan əleyhinə hay-küy qaldırmağa çalışır. Amma fiaskoya uğramış boş, mənasız cəhdlərdən başqa heç nəyə nail olmayacaqlar. Burası dəqiq bəllidir. Amma bir tərəfdən də separatçı quldur xunta rejiminin “başçıları” üçün göz yaşı tökürlər. Aravot.am yazır ki, hazırda Azərbaycanın Xankəndi şəhərində olan keçmiş xunta rejiminin “başçıları” Arkadi Qukasyanın, Bako Sahakyanın, Araik Arutyunyanın taleləri bu gün məlum olacaq. Erməni mediası göz yaşı tökür ki, bu gün hər üç cinayətkar barədə guya Azərbaycanla danışıqlar aparılacaq. Düşmən ölkə mediası biraz da qabağa gedərək öz-özünə təsəlli verir ki, dünən axşamdan başlayaraq sosial şəbəkələrdə və telegram kanallarında hər üç xunta “rəhbəri”nin təhlükəsiz şəkildə İrəvana gətiriləcəyi barədə xəbərlər dolaşır. Sözsüz ki, bu erməni mediasının xam xəllarından başqa bir şey deyil. Azərbaycan ərazisində cinayətkar rejim yaradıb minlərlə azərbaycanlının qanına bais olan, ən ağır cinayətlərdə əli qana bulaşan bu cinayətkar xunta köpəklərinin bağışlanılması, yaxud bunlara hər hansı bir güzəştdən söhbət belə gedə bilməz. Azərbaycan xalqına qarşı cinayət törədənlərə güzəşt olmayacaq!
Mətləb Salahov