"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağ iqtisadi rayonunda 4 şəhərin Baş Planı üzərində iş aparır."
Bu barədə Komitənin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda bildirib.
"Şəhərsalma baxımından bizim gündəlik işimiz 10 milyondan çox əhalisi olan Azərbaycanın 79 şəhərini və 4 000-dən çox qəsəbə və kəndini əhatə edir. Nisbətən qısa müddət ərzində – son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə biz artıq 56 şəhərin yeni baş planlarını işləyib hazırlamışıq və daha 12 şəhər hazırda yekun təsdiqin son mərhələsindən keçir. Hazırda biz qalan 7 şəhərin yeni baş planları üzərində işləyirik və Qarabağda daha 4 şəhərin Baş Planı üzərində iş aparılır", - deyə o qeyd edib.
Mətləb