Qarabağdan gedən ermənilər nə qaçqın, nə də məcburi köçkünlərdi, bəs kimdilər?...

Xankəndidəki separatçı xuntanın ağ bayraq qaldırmasından və tarixin zibilliyinə atılmasından sonra könüllü olaraq Ermənistana gedən Qarabağ erməniləri indi də düşmən ölkə mediasının bir nömrəli siyasi şantaj alətinə çevrilib. Bütün dünya mediasının gözü önündə olduqca rahat şəkildə, Azərbaycan əsgərlərinin yüksək insani dəyərlərə söykənən münasibəti ilə Ermənistana keçib gedən ermənilər qərbdəki erməni ağaları üçün də "bazarlıq" mövzusuna çevrilib. Əlləri hər yerdən üzülən separatizm havadarları, indi də "pripiska alverinə" girişiblər. Xüsusilə erməni nediası bu məsələdə əməllicə canfəşanlıq edir.
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində erməni mediasının bu yalançı siyasəti barədə fikirlərini bölüşüb. Politoloq yazır ki, erməni mediası könüllü olaraq Qarabağdan gedən ermənilərin sayını durmadan şişirdir:
"Ermənistan mediası Qarabağdan gedənlərin sayını 100 minə çıxardı, hələ artıra- artıra gedirlər.Təbii ki, bu rəqəmlər reallığı əks etdirmir.100 il əvvəl Osmanlıda 1,5 milyon erməninin " genosid edildiyini" uyduran daşnakların əlində Qarabağdan "100 min qaçqın və ya məcburi köçkün erməni" nağılı uydurmaq nə çətin məsələdir ki ...
Bəli, əsas say deyil, odur ki, həmin ermənilər gah " qaçqın", gah da " məcburi köçkün" adlandırılır. Halbuki bunların heç biri doğru deyil..
Əvvala, onları Azərbaycandan getməyə heç kim məcbur etmədiyi üçün onların barəsində qaçqın və ya məcburi köçkün ifadəsi qətiyyən yerinə düşmür.
2.Onlar heç bir halda qaçqın adlandırıla bilməz,çünki artıq çoxdan Ermənistan vətəndaşlığını qəbul ediblər və pasportlarını da alıb qoyublar ciblərinə.
3 Onlar məcburi köçkün də adlandırıla bilməzlər, çünki Azərbaycanın torpaqlarından başqa ölkınin ərazisinə gediblər. Bəs Qarabağdan gedən ermənilər status etibarilə kimlərdi?
Məncə onlar siyasi mənada separatizm oyununun qurbanlarıdır, hüquqi mənada isə legitim vətəndaşlığı olmayan şəxslərdi..
Mətləb