çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Qənirə xanımın əziz XATİRƏSİNƏ- YUNUS OĞUZ yazır

Image


Millət vəkili Qənirə Paşayeva Tovuzun kitabsevərlərilə görüşə dəvət edəndə tərəddüd etmədən razılaşdım. Yayın istisi məni və xanımımı qorxutmadı. Getməyə bilməzdik, çünki yazıçının oxucularla görüşü hər dəfə yeni bir stimuldur. Özü də bu stimulu Tovuz rayonunun cəfakeşi, əhalinin hər dərdinə-sərinə, sevincinə və kədərinə şərik olan Qənirə xanımla bir yerdə alacaqdıq. Əlimdə yazılar  olmasına baxmayaraq, hamısını bir kənara qoyub avqustun 3-də xanımımla Tovuza yola düşdük. Qənirə xanım  bizdən bir qədər gec Bakıdan yola düşdü, amma hər saat zəngləşirdik. Hər dəfə də:  "Hardasız, aç deyilsiz ki?"- deyə ana kimi qayğımıza qalırdı. Hərdən mənə elə gəlirdi ki, sözün əsl mənasında böyük hərflə yazılmağa layiq olan bu XANIM ƏFƏNDİ hər bir azərbaycanlının, hər bir türkün qayğısına qalmağa tələsir, düşünür ki, nə isə etməsə, kiməsə yardım (mənəvi və maddi) əlini uzatmasa fikirləri qarmaqarışıq olacaq, ürəyi təskinlik tapmayacaq, onsuz da az olan yuxusu da  lap ərşə çəkiləcək. Onu  çoxdan tanımağıma baxmayaraq səfər yoldaşlığı insanın yeni keyfiyyətlərini aşkarlayır.

Növbəti zəngində cavab verdim ki, Gəncədə Şeyx Nizaminin məqbərəsini ziyarət edəcəm. Dedi ki, əhsən sizlərə! Gərəkdir ki, hər kəs Gəncəyə gələndə bu müqəddəs yeri ziyarət etsin. Məqbərədə  gəzinti insanın aurasını dəyişir, düşüncələrə vadar edir, böyük ustadın əbədiliyini, bizimsə faniliyimizi bir daha düşüncələrimizdə bərqərar edir. Amma bizimlə birgə ziyarətə yetişə bilmədi...

 

Tovuza maşınla getdiyimizdən   yol boyu müşahidə etdiklərimi yazmaya bilmərəm. Yollarımız çox abadlaşıb, ətraf  torpaqlar becərilib, ilan mələyən çöllərə su kanalları çəkilib. Bir sözlə bəlkə on illərlə boş qalan torpaqlar canlandırılıb, vacib kənd təsərrüfatı obyektinə çevrilib. Bu vacibliyi ona görə vurğulayıram ki, qeyri-neft sektoru olan kənd təsərrüfatı dirçəlir. Bunu nazirə xoş gəlməsi üçün yazmıram, cənab nazirin hələ görəcək işləri var, axsaq işlərimiz düzələn işlərimizdən çoxdur, amma buz yerindən tərpənib və bu dirçəliş (görəsən köhnə nazir hardadır?) göz görəsi hiss olunur.

Yolda polisə rast gəlməzsən. Bircə Kürdəmir-Ucar arası məsafədən başqa. Zalım uşaqları iyirmi beş il öncəsi kimi elə yerdə gizlənirlər ki, bir də görürsən ki, Ələddinin cini kimi qarşında zühur etdilər. Ümumilikdə isə gözəldir. Hər dörd-beş kilometrdən bir radar və sürət nişanları qoyublar. Qaydanı pozdun, cərimə evinə gələcək, yaxud telefonunda SMS görünəcək. Hə, arada nömrəsiz maşınlar 150-160-la şütüyürlər. Deyilənlərə görə belə maşınlarla razılaşıblar. Düzünü mən bilmirəm. İstənilən halda yollarımız şüşə kimidir. Amma bu nə qədər çəkəcək bilmirəm. Çünki yükçəkən maşınların məntəqələrində bir dənə də olsun maşın görmədik, baxmayaraq ki, Şağman və KAMazlar yollarda kifayət qədər idi.

Ucardan sonra Yevlaxda "Kür" qəzetinin baş redaktoru Əminə xanımla danışmaq istəsəm də   telefonu bağlı idi. Ona kitab söz vermişdim. Yaydı, görünür, məzuniyyətdə olduğundan dağlara çəkilib.

Gəncəyə çatanda maşını birbaşa məqbərəyə sürdük. Məqbərəni və muzeyi ziyarət etdik. Oranın işçiləri bizi tanıdılar. Hələ bir gileylərini də etdilər ki, bəs ziyalılarımız rəsmi tədbirlər olmasa sizin kimi fərdi qaydada ziyarətə gəlmirlər. Gileyi qəbul etdim. "Keşmişi gələcəyə öturməyin bir yolu da budur. İnsanlarımız qaloş pirinə gedirlər, amma Şeyxin - dahi söz ustasının ziyarətinə gəlmirlər. Sözü anlamayan əşyanı özünə büt edəcək. Bu da nəticədə milləti ruhundan uzaqlaşıb bizi meşşana (əşyalara aludə) çevirəcək. Ondan sonra bizi qapazaltı etmək heç də çətin olmayacaq". Bu fikirləri də özlüyümdə Şeyxin qəbri üstə söylədim.

"Şeyxin ərəblərlə qohumluğu varmı, uzaqdan-yaxından olan bir bilgi varmı?" Bələdçi bu sualıma gülümsündü və söylədi ki, yox. Söhbətin davamını mən etdim. Dedim: "Ona görə Şeyx Nizami deyirlər ki, o sözün və qəlblərin Şeyxidir". Bu fikirdən özümün də xoşum gəldi. Onlara da kitablar (əsasən də "Atabəy Eldəniz və "Nadir şah" romanlarını - çünki birincidə Şeyx Nizami obrazı, hər ikisində isə Gəncə təsviri vardı) hədiyyə edib yolumuza davam etdik.

Qoşa yol bitdi Gəncədən sonra, amma iş gedirdi və deyirdilər ki, ta Qırmızı Körpüyə qədər qoşa yol çəkiləcək və bunun da əyani şahidi olduq.

Şəmkirdə bizi başqa aləm gözləyirdi. Yol boyu istixanalar göz oxşayırdı, özü də sayı-hesabı yox idi. Şəmkirlilərə halal olsun! Çalışqandırlar. Nə deyirsən yetişdirib Rusiyaya göndərirlər. Burdakıları da, ordakıları da işlə təmin edirlər, dolandırırlar.

Gəlib Tovuza çatdıq. Şəhər təmizdi, insanları mehriban və səmimidirlər. Şəhərdə hamı bir-birini tanıyır deyə nabələd adam dərhal tanınır, xoş rəftarları ilə qonağı bir az da utandırırlar.

Qənirə xanım öncədən söyləmişdi ki, Tovuzda "Ayan" palasda qalacaqsınız. Gözəl, beş ulduzlu oteldir. Qədim arxitektura ilə tikilib.  Möhtəşəmdir. Qiymətləri də Göy-Göl turist marşrutları üstündə olan otellərdən iki dəfə ucuzdur, xidmət keyfiyyəti də iki dəfə artıq. Burda hiss edirsən ki, sənə qonaq kimi yanaşırlar, cibi dolu olan pullu adam kimi yox. Hətta xanımım İstanbul və Tovuz otellərini müqayisə etdi. İkisi də eynidir. Biri dünyanın böyük meqapolisi, o birisi isə Azərbaycanda əyalət şəhəri, amma fərq yoxdur. Ölkəmiz beləcə göz görə-görə dəyişir. Otelin qarşısındakı  Heydər Əliyev parkı göz oxşayır. Təmiz və səliqəli bir park. Axşam olan kimi bura adamla dolu olur. Parkın içində göl və  süni bir ada salınıb. Bura tovuz

luların istirahət etmək üçün sevimli yeridir. İnsanların üzlərinə tez-tez baxıram. Aqressivlik hiss etmirəm. Gündəlik qayğılarının biri də, bəlkə bura gəlməkdir ki, qayğı istirahətə çevrilsin.

Heç otelə yerləşməmiş Qənirə xanımdan zəng gəldi. Dabanbasma özünü yetirmişdi...

...Tovuzlu dostlarım bilirdilər ki, buralara gələcəm. Zəng zəng dalınca ki, bəs bu gün qonağımsan. Yumşaq şəkildə təşəkkürümü bildirib, Qənirə xanımın "sərəncamında" olduğumuzu dedim. Ta neyləyə bilərik? Başqa cürə mümkün deyildi axı, oxucularla görüşə gəlmişik, özü də Qənirə xanımın təşəbbüsü ilə.

...XANIM ƏFƏNDİnin diqqəti bir an üzərimizdən əskik olmur. Otelin foyesinə düşən kimi marşrutumuz bilindi: Tovuzun füsunkar gözəlliyi ilə seçilən Əsrik meşəsinə yollanırıq. Yolda Qənirə xanım Tovuz və insanları haqqında şövqlə və fəxrlə danışır, hiss edirəm ki, buralı olmağı ilə qürurlanır. Amma telefon hər üç dəqiqədən bir "qışqırır". Arada öz-özümə deyirəm ki, Allah eləməsin telefon bu qızın qulağında partlasın. Rayona xəbər düşmüşdü ki, Qənirə xanım Tovuzdadır. 

Bəhanə ilə yeməyə gəlib onunla  görüşənlərin də şahidi olduq. Əvvəl şəkil çəkdirib, sonra da problemlərindən danışırlar. Onu gözaltı izləyirdim. İnsanları  səbrlə, aramla dinləyir, hər kəsin  dərdinə əlac etməyə calışırdı. Əsəbləşən görmədim, hirslənməyini hiss etmədim. Bir sözlə, Allah bu qıza səbr verib. Yemək də yeməyə qoymurdular. İki məsələdə onun qəti barışmazlığını gördüm: biri övladının ön cəbhədən başqa yerə köçürülməsi xahiş ediləndə onun qəti cavabı sərt şillə kimi xahiş edənin üzünə çırpılırdı: "Nədi, sənin uşağın olmazsa, o biri ananın uşağı olmazsa, bəs bu sərhədləri kim qoruyacaq?" Düz də deyirdi. Halal olsun! İkincisi, təhsil, ali məktəbə qəbulla bağlı edilən xahişlərə qəti rədd cavabı verirdi... "Oxuyaydı, yüksək bal toplayaydı. Milləti  cahillikdən yalnız oxumaq qurtara bilər!" Bu da onun sözləridir.

...Əsrik meşəsinin şırıltılı çay suyunun səsi altında özümüzü təbiətin içində əritmək, bir anlığa buranın gözəlliyinin bir parçasına çevrilmək istəyirik. Bura həm də sayı-hesabı bilinməyən istirahət yerləridir. Tovuzdan və ətraf yerlərdən gələn qonaq-qara əskik olmur, baxmayaraq ki, dağın o biri tərəfi Ermənistan əraziləridir. Sevindirici haldir ki, tovuzlular bir qarış torpaq da  ermənilərə verməyiblər. Eşq olsun tovuzlulara!

...Qənirə xanımla xalqın millətə çevrilməsindəki əngəllərdən, tarixdən, etnososial psixologiyadan, keçmişimizin və bunun gələcəyə daşıyacağı problemlərdən danışırıq. Çox hazırlıqlıdır. Hansı əngəldən söhbət edirsə, əvvəlcə onun skiletini qurur, sonra ətə-qana dolduraraq tezis şəklində fikirlərini bildirir. Hiss edirəm ki, mənim və xanımımın belə söhbətlərə ehtiyacı olduğu kimi, onun da belə mənəvi mükamiləyə ehtiyacı var. Biz bir növ yorğunluğumuzu belə çıxardırıq.

Söhbəti yaslarımız və toylarımızın üzərinə gətirəndə bizi düşüncələrimizdən və söhbətimizdən dağlara səs salan qara zurnanın və davulun səsi ayırdı. Daha danışmayıb diqqətimizi qara zurnaya kəsdik. Allah, burada nələr yoxmuş. Qara zurnanın səsi şəhərdə və tarixdə itmiş ruhunu özünə qaytarır. Sən musiqiyə qoşulub itmiş, çox zaman parçalanmış ruhunu dağda, bağda axtarmağa başlayırsan. Bu səs səni qəhrəmanlıq, müdriklik, səmimiyyət, bəzəksiz-düzəksiz dünyaya aparır. Burada saflığının beşiyindəsən, törələr sənin başının üstündədir, heç kimin bu törələri pozmağa, ayaqlayıb keçməyə ixtiyarı yoxdur. Yazılmamış qanunların pozulmasına heç kim izn verməz. Zurna səsi törə qaydalarını sənə səslə başa salır, davul da guruldamaqla sənə xəbərdarlıq edir ki, yolunu azmayasan, yatmayasan.

Zurna-davul səsi kəsildi. Ruhum o sehrli səsdən ayrılaraq xanımların yanına qayıtdı. Zarafatla dedim ki, burada şeir yazmağa nə var? Sözlər öz-özünə gəlir. Qənirə xanım zarafatıma tovuzluların bir məsəli ilə cavab verdi. ...Xeyli güldük.

Yenə qara zurnanın, davulun səsi diqqətimizi kəsdi. Arada gəlib XANIM ƏFƏNDİ ilə şəkil çəkdirənlər də öz yerində. Öz-özümə sual verdim: "Niyə toylarımızı gəlib bu dağlarda etmirik? Şadlıq saraylarının musiqi səsləri az qalıb qulağımızı kar, gözlərimizi kor etsin. Niyə hamımız şadlıq saraylarına qaçırıq?" Özüm də cavabını verdim: "Rahatlıq axtarırıq. Özümüzün əlavə yüklənməyimizi istəmirik. Axı bunun   üçün qonum-qonşu tökülürdü toy sahibinin evinə, bir ay öncədən hazırlıq gedirdi. İndi hər şeyi  özün təkbaşına  edirsən. Əvəzində isə  doğmalıq, təmas, səmimiyyət, saflıq əlimizdən alınır". Heç bunu düşünmürük...

Musiqi sədası altında Tovuza otelə dönürük. Parkda gəzməyə imkan vermirlər. Yenə də fotosessiya.

...Yolda millət vəkili yenə öz ampluasındadır. Telefona cavab verir, kimlərəsə zəng edir, çox zaman da kimlərinsə problemini həll edir.

Gecə yarıdan keçib, başımız söhbətə necə qarışıbsa artıq zamanla vaxtın yerini səhv salırıq. İntellektual söhbətə çay süfrəsinin arxasında polis rəisi, səhəri gün isə tədbirdən sonra icra başçısı da qatılır...

Gecə yarısı bizdən sonra hara getdiyini səhər tezdən bizim arxamızca gələndə bildik. Hansısa kəndə dərd ovutmağa getmişdi. Bax belə. Tədbirdən çox yazmıram, çünki şəkillər və dərc olunan xəbərlər hər şeyi deyir.

Bircə onu deyim ki, tədbir möhtəşəm idi, həm insan axını, həm də Azərbaycanın ən qədim təhsil ocaqlarından olan 110 yaşlı Puşkin adına orta məktəbdə keçirilməsi məclisə xüsusi rəng qatırdı. Hiss edirsən ki, Tovuzda kitab aclığı var, bilmək, öyrənmək həvəsi var, oxumaq onlar üçün gələcək deməkdir. Kaş bütün Azərbaycanda belə olaydı. Oxumaq və savadlanmaq, bilik yiyəsi olmaq millətimizin qurtuluşudur. Çıxışlarımız da möhtəşəm oldu. Xalqın başa düşdüyü dildə "Tarix nədir?" , "Tarixi bilmək niyə lazımdır?" kimi mövzularda danışdıq. Düşünürəm akademik dildən, pafosdan kənar danışmaq xalqla ziyalılar arasında körpü və doğmalıq yaradır və hamını dövlətə, vətənə, millətə daha sıx bağlayır. Çıxışımda dediyim kimi: "Tarix sevgi ölşüsüdür!"

YUNUS OĞUZ

yazıçı-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ