Məlum olduğu kimi, Azərbaycanın bir neçə gün öncə 24 saatlıq lokal xarakterli antiterror əməliyyatı tədbirlərindən sonra Xankəndidəki separatçı xunta rejimi təslim olub. Separatçıların ağ bayraq qaldırmasından sonra isə bir sıra ermənilər könüllü şəkildə, öz istəkləri ilə bölgəni tərk edib İrəvana üz tutublar. Rusiyaya məxsus "Maxar" kosmik şirkəti tərəfindən qeydə alınan uzun köç karvanı barədə "newiziv.ru" saytı yazır.
İstər rus saytları, istər gecə-gündüz separatçıların süqutuna görə şivən qoparan, yüz cür hədyan, şər-böhtan yazan erməni KİV-ləri nə qədər yazsalar da dəyişməyən bir həqiqət var: Azərbaycan dövləti öz ərazisində yaşayan, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq qanunlarımıza tabe olan hər kəsə gözəl yaşamaq şansı verir. O ki qaldı ac-yalavac İrəvan küçələrinə üz tutan ermənilərə, seçim onlarındır. gedəni tutmazlar...
Mətləb