Xankəndidəki separatçı cinayətkar rejim təslim olduqdan sonra, Qarabağ ərazisindəki bütün terrorçu simvolları, əli Azərbaycan xalqının qanına batmış cinayətkarların "heykəlləri" zibilliklərə atılır. Artıq bu proses sürətlə vüsət alıb. Erməni saytları isə "ürək ağrısı" ilə bu prosesi müşahidə edir, vay-şivən qopardırlar. Vaxtı ilə Qarabağda yüzlərlə günahsız Azərbaycan vətəndaşına qarşı amansız qəddarlıqla cinayətlər törədən Molte Melkonyanın "heykəli" də ermənilərin Martuni adlandırdıqları Xocavənd rayonunun ərazisində sökülüb zibilliyə atılıb. "Aysor.am" saytı yazır ki, bu terrorçu cəlladın "heykəlinin" kimlər tərəfindən söküldüyü naməlumdur. Məlum olan isə odur ki, artıq doğma Qarabağımızda bircə dənə də olsun erməni terrorçusu qalmayacaq. Elə onların simvolları da aid olduqları yerə - zibilliyə atılacaq!
Mətləb