Bu üzdəniraq “bloger”i tanıdınız yəqin. Bir neçə il öncə Xankəndidəki separatçı terrorçuların bəh-bəhlə əzizlədikləri, daima Azərbaycana qarşı şər-böhtan atan Aleksandr Lapşindir bu. Azərbaycanın böyük humanistliklə əfv edib azad etdiyi bu əbləh, yenə köhnə ağalarının qulluqundadır. Bu dəfə Xankəndidəki benzinli çənin partlamasını da Azərbaycan əleyhinə şər-böhtan üçün istifadə edir.
Bu diletant səviyyəli “bloğer” deyir ki, guya benzin çənini Azərbaycan partladıb. Səbəb? – səbəb heç nə, nağıl dolu axmaq söz yığını. Əsas məqsədi də odur ki, şər-böhtan da olsa diqqəti Azərbaycanın üzərinə cəmləsin, bu həssas məqamda ölkəmizin atdığı addımları qara prizmadan təbliğ etsin. Amma yüz Lapşin kimilər də olsa başladığımız haqq işimizə zərrə də olsa kölgə sala bilməz. Çox yəqin ki, bu “bolgger” gədənin yolu bir dəfə də Bakıdan keçəcək. Böhtanlarına görə ədalət məhkəməsi qarşısında cavab vermək üçün...
Mətləb