Rusiya nələrin baş verməsinə, İrəvan küçələrində ucadan Rusiya əleyhinə söyüş və lənətlərin səsləndirilməsinə baxmayaraq, Ermənistanı yaxın müttəfiq, həttda “qardaşdan irəli dost” kimi görür. Bilirsiniz bunları kim ifadə edir? Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov. “Armenpress.am” saytına açıqlamasında görün nə deyir Vladimir Putinin sözçüsü: "Ermənistan bizim müttəfiqimiz, yaxın dövlətimiz olaraq qalır. Ermənistan bizə yaxın xalqdır. Bilirsiniz ki, ölkəmizdə Ermənistanın özündən daha çox erməni yaşayır, xeyli çoxdur. Biz öz funksiyalarımızı yerinə yetirməyə davam edəcəyik, Ermənistan tərəfi ilə, o cümlədən Paşinyanla dialoqu davam etdirəcəyik və Qarabağ sakinlərinin bütün hüquqlarına hörmət edilməsi, Qarabağ ermənilərinin nəzərdə tutulması istiqamətində işimizi davam etdirəcəyik", - Peskov deyib.
Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Moskva müxtəlif səviyyələrdə tərəflərlə, "Ermənistanla, xüsusilə bu çətin günlərdə"dialoqu davam etdirir. Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın 20-də telefon danışığını xatırladıb. Peskov əlavə edib ki, Rusiya üçüncü tərəflərin vasitəçilik səylərini yalnız regionda mövcudluğunu qeyd etmək üçün istifadə edilmədikdə alqışlayır. O vurğulayıb ki, əgər kimsə gərginliyin azaldılmasına və "Qarabağın erməni əhalisinin yeni reallığa inteqrasiyasına kömək edə bilsə, bu, yalnız alqışlana bilər". Ancaq bunun üçün bütün tərəflərin razılığı lazımdır" - bunu da D.Peskov deyib...
Mətləb