“Gorusdan Qarabağa gedən magistral yolda təxminən 15 rus sülhməramlılarının yük maşınlarından ibarət bir karvan keçib." Bu barədə News.am erməni saytı yazıb. Sayt yazır ki, yük maşınlarının hərəkəti kameralar vasitəsi ilə qeydə alınıb. Rusiya bayraqları olan sülhməramlıların maşın karvanı Ermənistandan Xankəndiyə yola düşüb. Erməni saytı daha sonra yazır ki, bu, bu gün Laçın dəhlizi boyunca Xankəndiyə gedən Rusiya yük maşınlarının ikinci karvanıdır.
Daha əvvəl "Reuters" agentliyi belə bir xəbər yaymışdı ki, Gorus-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının 7 yük maşını Qarabağa yola düşüb. Sülhməramlıların Gorusdan Xankəndiyə nə daşıdıqları isə məlum deyil.
Mətləb