Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib. “Amsor.am” erməni saytı yazır ki, İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan, Milli Məclisin sədri Alain Simonyan, baş nazirin Aparat rəhbəri Araik Arutyunyan və digər vəzifəli şəxslər də iştirak ediblər.
Məlumatın ən diqqət çəkən və maraqlı məqamı heç şübhəsiz ki, Xankəndidəki separatçı xuntanın keçmiş “rəhbəri” olan Araik Arutyunyanla bağlıdır. Nikol Paşinyanın aparat rəhbəri kimi təqdim olunan bu şəxsin həmin A.Arutyunyan olub olmaması əsas müzakirə mövzusudur. Daima N.Paşinyana yaxınlığı ilə bilinən biznesmen A.Arutyunyanın İrəvanda da vəzifə alması əslində təəcüblü olmazdı. Mövzunu diqqətdə saxlayacayıq.
Mətləb