İrəvanda separatçıların “simvolları” zibilliyə atılır...

Artıq tarixin zibilliyinə atılmış separatçı “artsax” simvolları İrəvan küçələrində yerlərə atılır. Erməni saytı olan “Panoram.am” yazır ki, Ermənistanın dövlət strukturlarında da separatçılara məxsus simvol və görüntülər sökülərək zibilliklərə göndərilir. İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan öz sosial şəbəkə hesabında yazır ki, bu gün İrəvanda polis qalxanlarından “Artsax bayrağı” stikerləri çıxarılıb. Erməni ekspert yazır ki, polis bunu nümayəşkaranə şəkildə edib və bu proses qarşıdakı günlərdə kütləvi hal alacaq.
Mətləb