Paşinyan elan etdi: Yerevanda mitinqləri keçmiş prezidentlərdən birinin oğlu təşkil edir....

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı çıxış edib. Paşinyan canlı efirdə bəyan edib ki, bəziləri tərəfindən zorakılıq tətbiq etməkdə məqsəd asayiş keşikçilərini təmkinini itirmək və küçələrdə qan tökməkdir. O, sərt, lakin qanun çərçivəsində, polad mandata uyğun hərəkət edəcəkləri barədə xəbərdarlıq edib. Ermənistan baş nazirinin çıxışındakı əsas maraqlı məqam isə kütləvi aksiyaların kimin tərəfindən təşkil olunması ilə bağlıdır.
N.Paşinyan bəyan edib ki, İrəvandakı kütləvi iğtişaşların təşkilatçılarından biri Ermənistanın keçmiş rəhbərlərindən birinin oğlu ilə bağlıdır, qalanları Qarabağın “yüksək rütbəli dairələri” ilə əlaqəsi olan tələbələrdir. N.Paşinyan bildirib ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstəriş verib.
Mətləb