Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Farhan Al Saud ilə görüş keçirib.
Görüş zamanı tərəflər siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və ikitərəfli əməkdaşlığın gündəliyində duran bir sıra digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər ilə bağlı məlumat verərək, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu bildirib.
Mətləb