Artıq Rusiya rəsmiləri erməni mediasını yandırıb külə çevirən açıqlamalarla çıxış edirlər. Xüsusilə dünəndən başlayan və Xankəndidə yuva salmış terrorçu separatçı ermənilərin bu gün təslim olmasından sonra Kremldəki rəsmilər də açıq şəkildə bəyan edirlər ki, Qarabağ Azərbaycanın daxili işidir. "Amsor.am" erməni saytı yana-yana yazır ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala müsahibəsində bəyan edib ki, Qarabağdakı vəziyyət Azərbaycanın daxili işi olmasından irəli gəlir. “Əlbəttə, Qarabağ Azərbaycanın daxili işidir. Azərbaycan Ermənistan rəhbərliyi tərəfindən tanınan öz ərazisində fəaliyyət göstərir”. Artıq erməni mediası yazır ki, Moskvadan da bütün "ümidləri" tamamilə kəsilib...
Mətləb Salahov