"Azərbaycanın anti-terror tədbiri keçirməsi labüd və zaman məsələsi idi. Çünki mütəmadi olaraq baş verən təxribatlar azərbaycanlı hərbçilərin və işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğul olan mülki şəxslərin həlak olmasına səbəb olurdu." Bu barədə ukraynalı jurnalist, siyasi ekspert Marına Qonçaruk bildirib.
M.Qonçaruk vurğulayıb ki, qanunsuz erməni hərbi birləşmələri regionda sülhün və sabitliyin bərqərar olmasında əsas maneələrdən biridir. O bildirib: “Qeyd etmək lazımdır ki, Azərbaycan 44 günlük müharibədən sonra sülh sazişinin imzalanması istiqamətində böyük səylər göstərib və daha sonra regionda vəziyyətin sabitləşməsi, erməniəsilli sakinlərin reinteqrasiyası üzrə tədbirlər həyata keçirməyə başlayıb. Amma həmin hərbi birləşmələr həm Qarabağ bölgəsindəki erməni əhalini, həm də bütün Azərbaycanı təhdid edir və vəziyyətin normallaşmasına imkan vermir. Azərbaycanın suveren ərazisində təkcə azərbaycanlı hərbçilər ola bilər”.
Mətləb