Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri və erməniların mina terroru Moldova mediasının da diqqət mərkəzindədir.
“Noi”, “Timpul”, “Point”,”BreakingNews”, “Realitatea”, “Rupor”, “Ava” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olduqları bildirilir. Eyni zamanda iki mülki şəxs də ermənilərin mina terrorunun qurbanı olub. Qeyd olunur ki, terror aktı ilə əlaqədar Azərbaycan təhlükəsizlik orqanları araşdırmaya başlayıb.
Saytlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla bildirilib ki, Azərbaycan Qarabağdakı antiterror tədbirlərinin əsas məqsədlərini yerinə yetirməyə yaxındır, bəzi hərbi hədəflər zərərsizləşdirilib.
Mətləb