02/10/2023 01:28
728 x 90

Ermənilər İrəvanda Rusiya səfirliyinə hücum edib!

img

Yerevanda kütləvi aksiya davam edir. Aksiya iştirakçıları Rusiyanın Yerevandakı səfirliyinin qarşısına toplaşaraq səfirliyin inzibatı binasına daxil olmağa cəhd ediblər.

Ermənistanın internet mediasında yayılan xəbər və görüntülərdə aksiya iştirakçıları Rusiya səfirliyini mühafizə edən polislə əlbəyaxa olublar. Polis dəyənək tətbiq etmək məcburiyyətində qalıb. Bununla yanaşı, Yerevanda hökumət binasının qarşısında da kütləvi aksiya keçirilir. Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Rusiyanın İrəvandakı səfirliyi isə baş verənlərlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. Bu barədə TASS-a səfirliyin mətbuat xidmətindən məlumat verilib.

"Rusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün internetdə yayılan çağırışlara diqqət yetirdik. Onlar peyda olandan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, sonra isə tamamilə bağlandı. Normal fəaliyyət hələ də qeyri-mümkün olaraq qalır. Biz içəridəyik. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərdik”, - məlumatda qeyd olunub.

Mətləb

Peşə etikası

Son xəbərlər