Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycandan bu ölkəyə humanitar yardımların göndərilməsi davam edir.
Türkiyənin Bakıdakı Səfirliyindən bildirildiyinə görə, növbəti yardım dəmir yolu nəqliyyatı vasitəsilə göndəriləcək. Yardımlar fevralın 16-da Sumqayıt Dəmiryolu stansiyasından 25 vaqonla yola salınacaq. Yardımların göndərilməsi mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edəcək. Baki-xeber.com