Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn Sərvər Bəşirliyə zəng edib. Diplomat bu barədə özünün tvitter hesabında yazıb. "Ölkəmizdə baş verən zəlzələlərdən sonra bütün Azərbaycanın həmrəylik rəmzinə çevrilən, təkürəkli olub kömək səfərbərliyinə bacardığı qədər edən qardaşımız Sərvər Bəşirliyə zəng edərək ölkəmiz və millətimiz adından təşəkkür etdim. Böyük ürəkli qardaşım mənim! Var olasan", - səfir qeyd edib.