Türkiyədə baş vermis dəhşətli zəlzələ nəticəsində kimsəsiz qalan uşaqlar Azərbaycan vətəndaşlarına övladlığa verilməyəcək.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında qeyd edilib. “Ölkəmizdə baş verən dağıdıcı zəlzələlər nəticəsində kimsəsiz qalan uşaqların Azərbaycan vətəndaşlarına qəyyumluğa veriləcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin sözügedən məsələ ilə bağlı bəyanatı yalnız Türkiyədə yaşayan vətəndaşlarımıza şamil edilir. Uşaqlarımızın ölkə sərhədlərindən kənar bölgələrdə yaşayanlara övladlığa və ya qoruyucu ailəyə verilməsi mümkün deyil”, - deyə bəyanatda qeyd edilib.
Baki-xeber.com