24/03/2023 10:48
728 x 90

Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Azərbaycana başsağlığı verib

img

Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumunu sərt şəkildə qınayıb. 

Bu barədə ŞKTC prezidenti Ersin Tatar özünün tviter hesabında paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu qınayır, hücum nəticəsində həlak olan mühafizə rəisinə Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyirəm. Kədəriniz kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan xalqının yanındadır. Başın sağ olsun, Azərbaycan”. 
Baki-xeber.com

Peşə etikası

Son xəbərlər