“Türk Hava Yolları” Gəncə və Naxçıvana uçuşları bərpa etdi

img

“Türk Hava Yolları” şirkəti İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa edib. Şirkətə məxsus təyyarə mayın 15-i səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.

Baki-xeber.com-un xəbərinə görə, qarşılanma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və “Türk Hava Yolları”nın Gəncədəki nümayəndəsi Cabir Peçe iştirak edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev İstanbul-Gəncə-Naxçıvan reysinin 14 aylıq fasilədən sonra bərpa olunması münasibətilə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və “Türk Hava Yolları”nın nümayəndələrinə şəhər rəhbəri Niyazi Bayramovun təbriklərini çatdırıb.

O bildirib ki, Gəncənin yerləşdiyi coğrafi mövqe olduqca əlverişlidir. Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və ümumilikdə Qərb bölgəsinin turizm potensialının gündən-günə inkişaf etməsi bölgəyə gələn turistlərin sayına müsbət təsir edəcək. Sözügedən reys sadəcə Gəncəyə yox, ətraf ərazilərə səfər edəcək turistlərin də işini asanlaşdıracaq.

Habil Qurbanov: “Fəaliyyətimizin düzgün istiqamətlənməsində Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyası mühüm rol oynayır” » Azərbaycan  İnformasiya Agentliyi

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan əlaqələri daim genişlənir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizasız şəkildə səyahət edə bilərlər. İstanbul-Gəncə-Naxçıvan reysi Azərbaycan vətəndaşlarının Türkiyəyə, Türkiyədən də dünyaya çıxışını təmin edəcək.

Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil olunacaq.

Son xəbərlər