“Bir ağac bir nəfəs” devizi altında ağacəkmə aksiyası keçirildi

img

“Nəfəs” İctimai Birliyi Huner Group-un dəstəyi ilə aprelin 30-da “Bir ağac bir nəfəs” devizi altında genişmiqyaslı ağacəkmə aksiyası həyata keçirib.

Baki-xeber.com-un xəbərinə görə, Huner Group-un təsisçisi və direktoru Ehtiram Quliyevin və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın rəhbərliyi ilə keçirilən aksiyada təbiət dostu könüllülər də iştirak edib. Belə ki, aksiya çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin inzibati ərazsində ümumilikdə 500 ədəd şam ağacı əkilib və ətraf ərazidə apadlıq işləri aparılıb.

Ətraf mühitin mühafizəsinin, yaşıllıq zonasının, yaşam mənbəyimiz olan ağacların çoxaldılmasının vacibliyinə diqqət çəkmək istəyən hər iki qurum bu aksiyanı “Bir ağac bir nəfəs” devizi ilə davamlı olaraq həyata keçirəcəyini bildirib.

Qeyd edək ki, “Nəfəs” İctimai Birliyi eyni maraqlar altında birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan, dayanışma və yardımlaşma prinsipləri ilə fəaliyyət göstərən insanlıq hərəkatıdır.

 

 

Son xəbərlər