Baydenin "genosid qərəzi" və Konqresdə antiazərbaycan isteriyası... - Aydın Quliyev yazır...

img

Prezident Baydenin qərəzli və əsassız genosidtanıma bəyanatından sonra bunun heç bir hüquqi nəticələrinin olmayacağını iddia edərək, əslində dolayı şəkildə Baydenə qahmar çıxanlar oldu. Xüsusən ABŞ administrasiyasında rast gəlinən belələri indi nə deyəcəklər?..

Bu sözləri özünün Facebook hesabında “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. Politoloq fikirlərinə belə davam edir:

“65 konqresmen müraciət imzalayaraq, təhlükəsizlik sahəsində Azərbaycana göstərilən maliyyə yardımlarını dayandırmağa, Ermənistana maliyyə yardımını artırmağa çağırıb. Onların arqumentlərinə baxın... Guya Ermənistana müharibədən sonra bərpa olunmaq lazım imiş... Təcavüzkar ölkənin müharibədən sonra bərpa olunmasına yardım kimi əcaib çağırış praktikasını ilk dəfə görürük. Ən pisi isə odur ki, konqresmenlər "Arsaxın" adi silahları məhv edildiyi üçün ona da 2 milyon yardım göstərməyi təklif ediblər. Cənab konqresmenlər üçün fərqi yox imiş ki, heç kimin tanımadığı separatçı bölgənin bu adi silahları haradan və nə üçün əldə etdiyi barədə sual versinlər...”

A.Quliyev yazır ki, Baydenin tanıma bəyanatından sonra bu hələ başlanğıcdır...

“Növbəti təhlükə Amerika məhkəmələrində Türkiyə dövlətinə qarşı saysız-hesabsız təzminat iddialarının başlanması olacaq... Daha da pisi gözlənilir...”- o yazır.

 

Son xəbərlər