Putinlə Makron bu gün telefonda Qarabağ haqda həqiqətən belə danışıblarsa... - Aydın Quliyev yazır...

img

Bu günlərdə açıqca "mən erməniyəm" deyən Makronun Yelisey sarayı onun Putinlə telefon danışığı barədə belə məlumat yayıb ki, ən qısa vaxtda Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret təşəbbüslər barədə razılığa gəlinib. Bir cümlə xəbər 44 günlük müharibədə Azərbaycanın keçdiyi böyük yolu dağıtmağa, erməni revanşistlərini qızışdırmağa və regionda başlanmış kövrək sülh prosesini pozmağa xidmət edir...

Bu fikirləri özünün Facebook hesabında “Bakı Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. A.Quliyev daha sonra fikirlərini bənd-bənd bu şəkildə izah edir:

“Əvvala, hələlik sonuncu dəfə bu gün bizim Prezident BMT tədbirində münaqişənin bitdiyini, tarixdə qaldığını təkrar bəyan etdiyi halda, Makronla Putinin hansı həldən danışdıqları başadüşülən deyil..

İkinci, Azərbaycan Prezidentinin Minsk Qrupu üçün yeni missiya mandatı tələb etdiyi və onun 92-ci ildəki missiyasının heç bir işə yaramadığını bəyan etdiyi bir vaxtda Putinlə Makronun razılaşmasının mənası qalmır...

Üçüncü, Makronun uydurma genosidi tanımaq yönümündə dilini daha da uzatdığı indiki vaxtda onun Qarabağ mövzusunda vasitəçilik eşqindən hələ əl çəkməməsi gülməlidir..

Dördüncüsü isə, Azərbaycan Prezidentinin iştirak etmədiyi formatda hər hansı Qarabağ müzakirəsinin yolverilməzliyi nəhayət qəbul edilməlidir...”

Politoloq qeyd edir ki, bu danışıqlarda anlaşılmayan bir məqam da Rusiyanın bu sövdələşməyə niyə razı olmasıdır.

“Rusiyanın əlavə izahlarına ehtiyac var...”- o yazır.

 

Son xəbərlər