Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ASALA və JCAG kimi erməni terror təşkilatları tərəfindən törədilən qətliamlara dair videoçarx hazırlayıb.
Baki-xeber.com-un xəbərinə görə, videoçarxı Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun öz rəsmi “Twitter” səhifəsində paylaşıb.
F.Altun paylaşımında şərh olaraq bildirib: “Erməni terror təşkilatları, bir sıra sui-qəsdlər, bombalı və silahlı hücumlar təşkil edərək türklərlə yanaşı, Azərbaycan, Fransa, İsveç və ABŞ vətəndaşları da daxil olmaqla çox sayda dinc insanı qətlə yetirib”.