Gəncədə “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” qeyd olundu

img

Gəncə Baş konsulluğu tərəfindən “23 Aprel Milli Suverenlik və Uşaq Bayramı” münasibətilə Baş konsulluğun “Nuru Paşa” salonunda pandemiya səbəbilə məhdud sayda dəvətlinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirdə Gəncə Şəhər İcra hakimiyyəti ilə yanaşı Gəncə 2 saylı Uşaq evinin sakinləri ilə media nümayəndələri də iştirak edib.

Baki-xeber.com-un xəbərinə görə, tədbirdə Qurtuluş Savaşında canlarından keçən şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin himnləri səsləndirilib. Baş konsul Zeki Öztürk günün əhəmiyyəti haqqında çıxış edib.  Uşaq evi sakinlərinin şeirlə çıxışının ardından Türkiyə Böyük Millət Məclisinin quruluşu haqqında qısa film nümayiş etdirilib.

Son xəbərlər