şənbə günü, 03 oktyabr 2026
     

“Metsamor” AES-in region və dünya üçün yaratdığı təhdid yenidən artır…

Image


Ermənistanda fəaliyyət göstərən “Metsamor” atom elektrik stansiyasının (AES) region və əslində bütün dünya üçün ciddi təhdid mənbəyi olması dəfələrlə bəyan edilsə də, bu problemə qarşı hələ də ciddi tədbirlər görülmür. Halbuki, sözügedən stansiyanın yaratdığı təhdidlər dünya miqyasında etiraf edilir. Avropa Komissiyasının işçi qrupunun Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında da bildirilir ki, “Metsamor” atom elektrik stansiyası quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun deyil və bu standartlar üzrə yenidən qurula bilmədiyinə görə ən tez vaxtda bağlanmalıdır. Bu səbəbdən də “Metsamor” AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur.

Qeyd edək ki, 1976-cı ildən fəaliyyət göstərən və artıq texnoloji cəhətdən ifrat köhnəlmiş “Metsamor” AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən sonra bağlanmış, 1995-ci ildə isə beynəlxalq birliyin ciddi tənqid və etirazlarına baxmayaraq yenidən işə salınmışdı. Hazırda stansiyanın gücü artırılsa da, təhlükəsizlik qaydalarına əməl olunmur. Təsadüfi deyil ki, elə bu günlərdə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisi şəhərində “Ameritsi-241” radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərən iki nəfəri saxlayıb. Bu şəxslər saxlanıldıqları zaman radioaktiv materialı 300 min avroya satmağı planlaşdırırdılar. Onların bu maddələri məhz “Metsamor” AES-dən əldə etdiyi ehtimal edilir. Konteynerdə aşkar olunan maddənin şüalanma dərəcəsini nəzərə aldıqda, onunla uzun müddət birbaşa təmasın insan sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib. Bundan əvvəl Gürcüstan DTX əməkdaşları ölkənin qərbindəki Kobuleti rayonunda radioaktiv maddələrin qanunsuz saxlanması və satışı ilə əlaqədar olaraq iki nəfəri saxlayıb. Tutulan hər iki şəxs Gürcüstan vətəndaşıdır və onlar 2,8 milyon dollar məbləğində uran satmaq niyyətində olublar. Bundan əvvəl də dəfələrlə analoji xüsusda çoxsaylı faktlar üzə çıxıb. Gürcüstanda ələ keçirilən nüvə materiallarının ekspertizası göstərir ki, onların hamısının mənşəyi Ermənistandır. Radioaktiv materialların və radioaktiv tullantıların sızması və qanunsuz istifadəsi Ermənistanda adi hala çevrilir. Özü də bu hallar Ermənistan tərəfinin “Metsamor” AES-də nüvə materialları və radioaktiv tullantılarla işin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “tam nəzarəti altında” olduğunu iddia etməsinə baxmayaraq baş verir. Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Piter Teys bu fonda qeyd edir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Ermənistandan radioaktiv maddələrin qaçaqmalçılığına və qanunsuz fəaliyyətlərə qarşı daha yaxşı mübarizə aparmaq üçün “Europol” və “Interpol”la daha sıx əməkdaşlıq etməlidir. Piter Teysin fikrincə, Ermənistan rəhbərliyi Cənubi Qafqaz bölgəsi və Avropa üçün böyük təhlükə yaradan nüvə materiallarının və radioaktiv maddələrin qoruması məsələsində zəifliyini və liderliyinin qətiyyən olmadığını sübut edib: “Ermənistanın daxili təhlükəsizlik qüvvələri ölkədə radioaktiv maddələrin qaçaqmalçılığı ilə getdikcə daha fəal məşğul olan mütəşəkkil cinayətkar qrupların üzvlərinin qarşısını almaqda və onlara qarşı durmaqda dəfələrlə uğursuzluğa tuş gəlib. Bu isə regional təhlükəsizlik kontekstində ciddi narahatlıqlara səbəb olur və Cənubi Qafqaz sakinləri üçün real təhlükə yaradır”. Onun sözlərinə görə, Avropa İttifaqı, Avropa Atom Enerjisi Birliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik,  "Metsamor" AES-də istifadə olunan radioaktiv maddələrlə düzgün işə gəldikdə, Ermənistan hökumətinin nə qədər məsuliyyətsiz olduğunu nəzərə alaraq Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, Azərbaycan hökuməti və digər regional qurumlarla sıx əməkdaşlıq etməlidir. Amerikalı politoloq “report” portalına bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Ermənistandakı əməliyyat siyasətini yenidən nəzərdən keçirməli və “Metsamor” AES-in Avropa, Cənubi Qafqaz və Asiya üçün artan təhlükəsini təcili olaraq aradan qaldırmalıdır: “Erməni faşist rəhbərliyinin Ermənistan-Gürcüstan beynəlxalq sərhədində radioaktiv maddələrin qanunsuz dövriyyəsində iştirak etdiyi bir vaxtda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik rəhbərliyinin hələ də kənarda qalmasına heç bir bəhanə haqq qazandırmır”. Ekspert vurğulayıb ki, müvafiq beynəlxalq qurumlar "Metsamor" AES-in bağlanması üçün Ermənistana təzyiq göstərməlidir: “Nüvə qaçaqmalçılığını və təhlükəli radioaktiv maddələrin qanunsuz dövriyyəsini dayandırmaq lazımdır ki, nüvə reaktorları Cənubi Qafqazda və Avropada şəhər əhalisi və mülki şəxslər üçün təhlükə yaratmasın”.

Onu da qeyd edək ki, hazırda “Metsamor” AES-in idarəetməsi və tullantıların idarə olunması barədə yetərli rəsmi məlumat yoxdur. Bu isə, öz növbəsində, regional ekoloji fəlakətlərin baş verməsinin mümkünlüyünü istisna etmir. Məlumatlara əsasən, AES-in radiasiya ilə çirklənən suları yeraltı sulara qarışmaqda davam edir ki, da bütün region üçün ciddi təhdid yaradır. Yəni stansiya hazırda heç bir müasir təhlükəsizlik tələbinə cavab vermir və təcili bağlanmazsa, istər region, istərsə də dünya dövlətlərinə çox böyük fəlakət vəd edir.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ