25/02/2020 04:15
728 x 90

Ağ Ev yaxınlığında ABŞ prezidentini öldürmək istədiyini deyən şəxs həbs edildi

img

ABŞ prezidentini öldürmək niyyətini dilə gətirən şəxs Ağ Ev yaxınlığında həbs edilib. Bu haqda hüquq-mühafizə orqanları məlumat yayıb.

25 yaşlı Pocer Hedpit adlı şəxsin şənbə günü nəzarət altına alındığı bildirilib.

Bıçaqla silahlanmış həmin şəxs təhlükəszlik xidmətinin əməkdaşına yaxınlaşaraq, Donald Trampa qəsd etmək niyyətində olduğunu deyib. O, bıçağı olduğunu da etiraf edib.

Polis Hedpitin sol yayında asılmış futlyarda təqribən 8 sm-lik bıcağı aşkar edib. Polisin bildirdiyinə görə, Hedpik hazıda əqli vəziyyətinin yoxlanışı məqsədi ilə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər