Zəngəzurda erməni hərbçiləri qar uçqununda öldü

Ermənistanın Sünik (vaxtilə Azərbaycanın Zəngəzur) mahalında dörd erməni hərbçisi qar uçqunu altında qalıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı xəbər yayıb. Xəbərdə deyilir ki, axtarış-xilasetmə işləri nəticəsində onlardan üçünün meyiti tapılıb, birini isə xilas etmək mümkün olub.
Müdafiə Nazirliyindən mətbuata bildirildiyinə görə, ölənlər sıravi Karapet Nazaryan (1991), kiçik serjant Tiqran Arzumanyan (1994) və kiçik serjant Nver Şahbazyan(1998)dır. Xilas olunan Hamlet Mirzoyan isə müddətdən artıq hərbi xidmət qulluqçusudur.