25/02/2020 04:33
728 x 90

Küveyt Parlamentinin sədri Trampın Yaxın Şərq sülh planını jurnalistlərin qarşısında zibil qutusuna atdı - “ölü doğulub”

img

Küveyt Parlamentinin sədri Merzuk Əli əl-Qənim ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl açıqladığı Yaxın Şərq sülh planının “ölü doğulduğunu” deyib və plan mətninin surətini jurnalistlərin qarşısında zibil qutusuna atıb.

Baki-xeber.com xarici mediaya istinaən xəbər verir ki, Küveyt Parlamentinin sədri bunu Ərəb Parlamentləri Birliyi və İordaniya parlamentinin sədri Atıf et-Taravinenin çağırışı ilə "Fələstinli qardaşlarımızı haqq davalarında dəstəkləmək və kömək etmək. Bu ərəblərin və müsəlmanlar da davasıdır" adlı konfransda deyib.

"Sülh planı ölü doğulub və hətta minlərlə hökumət gəlsə də bununla bazarlıq edə bilməz. Problemi sülh yolu ilə həll etmək istəyənlər Fələstin torpaqlarında Fələstin dövlətinin qurulmasını təmin edəcək əsl sülhün bərqərar olması üçün ədalətli danışıq mühiti yaratmağa çalışmalıdırlar" - Qənim deyib.

"Ərəb və müsəlman xalqlarının adından ,"Əsrin sazişi" adlandırılan bu sənədlərin yeri tarixin zibilliyidir deyirəm" bildirən Küveyt Parlamentinin sədri planın surətini nümayişkaranə şəkildə zibil qutusuna atıb. Qənimin bu hərəkəti toplantıya qatılan ərəb ölkələrinin nümayəndə heyətləri tərəfindən alqışla qarşılanıb.

Avropalıların da planı dəstəkləmədiyini deyən Qənim, Fələstin və Qüdsün gec-tez öz sahiblərinə qayıdacağını bildirib.

Son xəbərlər