25/02/2020 03:09
728 x 90

Çinli iş adamından dünyanı təhdid edən ölümcül virusla bağlı qorxunc iddia... Tək bir şəhərdə 50 mindən çox cəsəd yandırılıb...

img

Çinin Uhan şəhərində ortaya çıxan və qısa müddət ərzində bir çox ölkəyə yayılan yeni növ koronavirus (2019-nCoV) epidemiyasında ölənlərin sayı 800-ü keçib, virusa yoluxanların sayı 35 minə çatıb.

Baki-xeber.com xəbər verir ki, Çində dünyanı təhdid edən ölümcül virusla bağlı hər gün yeni iddialar ortaya atılır.

Bütün dünyada çaxnaşmaya səbəb olan virusla bağlı bu dəfə çinli iş adamı Qo Venquy qorxunc iddia ilə çıxış edib. İş adamı Venquy, Pekin rəhbərliyinin koronavirusun yayılması ilə bağlı həqiqətləri gizlətdiyini iddia edib. Yalnız Hubei şəhərində 49 krematoriyada 50 mindən çox cəsədin yandırıldığını iddia edən Venquy, ölkədə virusa yoluxanların sayının 1,5 milyon nəfər olduğuna dair dəhşətli rəqəmlər açıqlayıb. 

Son xəbərlər