25/02/2020 03:05
728 x 90

Ceki Çan koronavurusun çarəsini tapana 1 milyon yuan vəd etdi

img

Dünyaca məşhur Çin kinoaktyoru Ceki Çan ölkəsində ölüm kabusuna çevrilmiş koronavirusun əlacını tapan şəxsə 1 milyon yuan mükafat vəd edib.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Strait Times” qəzeti yazıb. Xəbərə görə, qəzet ünlü aktyorun “elm və texnologiya virusla mübarizənin açarıdır və mən ümid edirəm ki, bu əlac tezliklə tapılacaq” sözlərini sitat gətirib. Aktyor daha sonra deyib ki, məsələ pulda deyil:”Mən vaxtilə insan qaynayan küçələrin bomboş halını, həmvətənlərimin həyatdan zövq almalı olduğu halda ölümlə mücadilə verməsini görmək istəmirəm”.

Xatırladaq ki, Çində yayılan və çox keçmədən bütün dünyanı qorxu altına alan bu virus görünməmiş sürətlə artır. Belə ki, bir ay ərzində sözügedən virusdan bu ölkədə ölənlərin sayı 881 nəfərə çatıb. Hubey vilayətinin Uhan şəhərindən başlayan virusun ölkə hüdudlarından kənarda haqladığı insanların sayı isə 190-ı keçib.

Hələlik, virusun əlacı tapılmayıb.

SAMİRƏ

Son xəbərlər