25/02/2020 04:09
728 x 90

Çavuşoğlu İdlibdəki fəlakətə son qoymaq üçün nə lazımdırsa ediləcəyini dedi

“Bu mövzudakı qətiyyətimizi Rusiyaya da çatdırdıq”

img

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada Əsəd rejiminin təcavüzkarlığı səbəbiylə İdlib şəhərində vəziyyətin gərgin olaraq qaldığını, bu mövzunu müzakirə etmək üçün sabah (fevralın 8-də) Türkiyəyə Rusiyadan nümayəndə heyətinin gələcəyini bildirib.

Baki-xeber.com-un xəbərinə görə, Mövlud Çavuşoğlu Xarici və Avropa işləri naziri Miroslav Layçak ilə görüşdən sonra mətbuat konfransı keçirib.

Jurnalistlərin İdlibin Serakib qəsəbəsindəki vəziyyətlə bağlı sualını cavablandıran Çavuşoğlu İdlibdə vəziyyətin gərgin olaraq qaldığını və Əsəd rejiminin təcavüzkarlığı səbəbilə çox sayda insanın evlərini tərk etdiyini vurğulayıb.

Çavuşoğlu Türk əsgərlərinə də hücum edildiyini və 8 şəhid verildiyini xatırladaraq, “Bunun qat-qat artıq cavabını verdik. Bu mövzudakı qətiyyətimizi Rusiyaya da çatdırdıq. İnsanlıq faciəsinə və ya fəlakətə son qoymaq üçün nə lazımdırsa edəcəyik”, - deyə bildirib.

Nazir qeyd edib ki, Rusiya və İranla Astana və Soçi mexanizmləri işə salınıb və bu mexanizmlər Suriyada atəşkəs rejiminin bərpa edilməsini, bunun daimi olmasını və siyasi prosesə keçidin təmin olunmasını hədəfləyir:“Bu günə qədər bunların faydalarını gördük. Ancaq siyasi proseslərə inanmayan, yalnız hərbi yolla sülh gətirəcəyini düşünən rejimin təcavüzkarlığı artıb. Təbii ki, çox səhv düşüncədə olduğunu mütləq qeyd etməliyəm”.

Son xəbərlər