Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısını keçirilib.
Baki-xeber.com-un xəbərinə görə, Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan toplantıda çıxışı zamanı İdlibdə Türk əsgərinə qarşı hücumla bağlı məsələyə toxunaraq, “Rejim geri çəkilməsə, Türkiyə bu işi bilavasitə özü etmək məcburiyyətində qalacaq” deyib.
R.T.Ərdoğan İdlibdəki hücumun Suriyada yeni bir dövrün başlanğıcı olduğunu və Türk əsgərinin qanının axdığı bir yerdə heç nəyin eyni şəkildə davam etməsinə imkan verməyəcəklərini vurğulayıb: “Necə ki anında həyata keçirdiyimiz əməliyyatla 76 nəfəri orada zərərsizləşdirdik. Çoxu var, azı yoxdur. Tərəflərdən biri əməl etməyəcəksə bu razılaşmalar niyə imzalanır?”
Ərdoğan “Əldə olunan razılaşmaların pozulması mənasına gələcək heç bir addıma göz yumulmayacaq. İdlibdən sərhədlərimizə doğru gələnlərin sayı 1 milyona yaxınlaşdı. Heç kimin belə bir yükü çiyinlərimizə yükləməyə haqqı yoxdur. Rejimin tezliklə müşahidə nöqtələrindən geri çəkilməsini dünən axşam Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirdim. Rejim geri çəkilməsə, Türkiyə bu işi bilavasitə özü etmək məcburiyyətində qalacaq” - deyə bildirib.