Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla bir çox ərəb ölkəsini İrana qarşı qaldırdığını bildirən Tehran rəhbərliyi ərəb ölkələri ilə münasibətlər qurmaq istədikləri bir vaxtda ABŞ-ın Qasım Süleymanini öldürdüyünü bildirib.
Baki-xeber.com xəbər verir ki, bu barədə İranın İraqdakı səfiri İraj Makedi açıqlama verib.
Tehran rəhbərliyinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə arasındakı problemləri ən qısa zamanda həll etmək istədiyini söyləyən səfir Makedinin ən diqqət çəkən açıqlaması ABŞ-ın yanvarın 3-də Bağdadda öldürdüyü iranlı general Qasım Süleymani ilə bağlı olub.
Səfir ABŞ-ın Bağdadda öldürdüyü Süleymaninin əzəli düşmənləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə sülh təklifi apararkən raketlərin hədəfi olduğunu açıqlayıb.
Qeyd edək ki, bununla bağlı ilk məlumatı Süleymani öldürüldükdən dərhal sonra İraqın baş naziri amıqlamışdı. Baş nazir Süleymaninin Səudiyyə Ərəbistanından göndərilmiş məktuba cavab mesajı gətirmək üçün Bağdada gəldiyini bildirmişdi.