Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynanın dağıla biləcəyini və 5 yeni ölkənin yarana biləcəyilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com xəbər verir ki, Saakaşvili bu barədə Ukrayna mediasına açıqlamasında deyib.
Ukrayna hökumətinin ölkənin siyasi sistemini ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməyəcək bir şəkildə düzəltməli olduğunu qeyd edən Gürcüstanın keçmiş prezidenti Saakaşvili Ukraynanın parçalana biləcəyini iddia edib: “Oğrulardan başqa separatçılar olacaq. Ukrayna həqiqətən parçalana bilər".
Saakaşvili ölkənin müxtəlif bölgələrində yerli oliqarxların öz ordularını qurduqlarını da deyib: “Bu insanlar elə belə getməz. Onlar bir Ukraynanı beş Ukraynaya çevirmək üçün baza hazırlayırlar”.