Dünən Londonun cənubunda naməlum şəxs küçədəki insanlara bıçaqla hücum edib. Baki-xeber.com xəbər verir ki, bir neçə nəfərin böçaqlanmasından sonra insanlara hücum edən şəxs polis tərəfindən güllələnərək öldürülüb.
Polis hücumun terror aktı olduğunu açıqlayıb. "Kişi silahlı zabitlər tərəfindən Stretem tərəfdə vuruldu. Hazırda güman edirik ki, bir neçə şəxs bıçaqlanıb. Şərtlərin qiymətləndirilməsi nəticəsində hadisənin terror hadisəsi olduğu məlum oldu", - polisdən bildirilib.
Polis hesab edir ki, hadisə terrorizmlə əlaqəlidir. Yaralıların dəqiq sayı açıqlanmır.
Avropanı şoka salan başqa bir bıçaqlı hücum hadsəsi elə həmin gün Belçikada baş verib. Belçika mediası şahidlərə istinadən bildirir ki, ölkənin qərbindəki Gent şəhərində iki nəfəri bıçaqlayan naməlum şəxs polis tərəfindən vurularaq yaralı ələ keçirilib.