Dünya Çindən yayılan virusdan danışarkən, ABŞ-da milyonlarla insanın yoluxduğu ölümcül virus ortaya çıxıb. Çində başlayan və dünyaya yayılan koronavirusun (2019-nCoV) bənzərinin ABŞ-da yayıldığı bildirilir. ABŞ-da qripə səbəb olan virus 3 ayda 9 min insanın ölümünə səbəb olub. Ölənlərdən 54-nün uşaq olduğu bildirilir.
ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun məlumatına görə, ölkə son 10 ilin ən böyük infeksiyalardan biri ilə üz-üzədir. 3 aydan az bir müddətdə, cəmi 11 həftə ərzində 15 milyon amerikalı bu yeni ölümcül virusa yoluxub. 140 min insan xəstəxanaya yerləşdirilib və ən azı 9 min adam ölüb.
Mütəxəssislərin fikrincə, virusun səbəb olduğu yeni bir xəstəlik deyil, qripdir. Qeyd edilir ki, "qripdir" deyib keçmək olmaz, bu dəfə ölümcül təhlükəli ola biləcəyini ciddi qəbul etmək lazımdır.
Yeni qrip virusunun ölkədə ən azı bir neçə həftə daha davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Çində qısa müddətdə yayılan 2019-nCoV virusundan ölənlərin sayı 300-ə yaxınlaşır. 1795-i ağır 11791 nəfər virusa yoluxub.