Ərəb Birliyinin ABŞ prezidenti Donald Trampın "Əsrin sülh planı”nı rədd edib. Baki-xeber.com xəbər verir ki, Birliyin Misirin paytaxtı Qahirədə keçirilən fövqəladə iclasında Trampın iddia edilən sülh planının tamamilə rədd edildiyi və nəzərə alınmayacağı açıqlanıb.
"Trampın "Əsrin sülh planı”nı rədd edirəm. Qüdsü satan və ya Qüdsdən imtina edən biri kimi tarixə düşməyəcəyəm" - Ərəb Birliyinin fövqəladə iclasına qatılan Fələstin prezidenti Mahmud Abbas deyib. Trampla görüşməkdən imtina etdiyini deyən Mahmud Abbas, ABŞ-ın artıq Fələstin üçün dost ölkə olmadığını bəyan edib.
ABŞ prezidenti Donald Tramp tərəfindən sülh planının elan edilməsindən sonra bəzi ərəb ölkələri, xüsusən Misir və Səudiyyə Ərəbistanı İsrail və Fələstin arasında birbaşa danışıqlar aparılmasıa çağırırdı.
Ərəb Birliyinə üzv dövlətlər, 2002-ci ildə, Livanın paytaxtı Beyrutda qəbul edilən Ərəb Sülh Təşəbbüsü bəyannaməsi ilə 1967-ci ildə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətini qəbul etmədikləri müddətcə İsraillə münasibətləri normallaşdırmaqdan imtina etdiklərini bəyan etmişdilər.